İQTİSADİYYAT
Altı ayda Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 4 milyard dollardan çox artıb
Bakı, 12 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 13 milyard 322 milyon 757,33 min ABŞ dolları təşkil edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 4 milyard 644 milyon 334,53 dollar çoxdur.
Altı ay ərzində idxal əməliyyatları 4 milyard 660 milyon 330,28 min dollar, ixrac əməliyyatları 8 milyard 662 milyon 427,05 min dollar təşkil edib.
Nəticədə 4 milyard 2 milyon 96,77 min dollar məbləğində müsbət saldo yaranıb ki, bu da 2017-ci ilin 6 ayı ilə müqayisədə 2 milyard 143 milyon 21.27 min dollar çoxdur.