İQTİSADİYYAT


Altı ayda “Azəri-Çıraq-Günəşli”dən 11,4 milyon ton neft hasil olunub

Bakı, 31 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 17,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 369,1 min ton az olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublika üzrə neft hasilatının 11,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,9 milyon ton təşkil edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.