İQTİSADİYYAT


Altı ayda “Azexport.az” portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub

Bakı, 1 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında “Azexport.az” portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, bu ilin iyununda “Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,34 milyon ABŞ dollarıdır. İyunda “Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı ) və sair məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) “Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard ABŞ dolları olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.