İQTİSADİYYAT


Altı ayda “Cənub” Elektrik Stansiyasında 2 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

Bakı, 4 avqust, AZƏRTAC

İyunda “Cənub” Elektrik Stansiyasında (ES) 220,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Bu ilin birinci yarısında isə stansiyada 2 milyard 198,9 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qazanılıb.

“Cənub” ES-də digər analoji stansiyalardan fərqli olaraq, üç yanacaq növündən - qaz, mazut və dizeldən istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.