İQTİSADİYYAT


Altı ayda Energetika Nazirliyinə 1964 zəng edilib

Bakı, 22 iyul, AZƏRTAC

2022-ci ilin 6 ayı ərzində Energetika Nazirliyinin Çağrı mərkəzi və qaynar xətti vasitəsilə 1964 zəng qəbul edilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 1523-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 165-i sayğaclaşma, 90-ı təşəkkür xarakterli, 186-sı isə digər məsələlərlə bağlı olub. Qaz təchizatı üzrə zənglərdən 5-ni qaz sızması ilə bağlı Fövqəladə Hallar Nazirliyindən daxil olan müraciətlər təşkil edib.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.

Xatırladaq ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 qaynar xətti, “974” Çağrı mərkəzi, “minenergy.gov.az” internet səhifəsi və [email protected]  elektron poçt ünvanı vasitəsilə qəbul edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.