İQTİSADİYYAT


Altı ayda Gömrük Komitəsinin Çağrı mərkəzinə 25 min 581 zəng daxil olub

Bakı, 12 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 25 min 581 zəng edilib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 4765-i elektron xidmətlər, 2698-i gömrük ödənişləri, 3996-sı fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 2446-sı sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və digər mövzularla bağlı müraciət ünvanlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.