REGİONLAR


Altı ayda Şəkidə əsas kapitala 47,7 milyon manatdan çox investisiya yönəldilib

Şəki, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu ilin birinci yarısında Şəki rayonunda 268 milyon 604,3 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Buraxılmış məhsulun 9,2 faizi dövlət, 90,8 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1424,9 manatlıq məhsul buraxılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-iyun aylarında rayonda faktiki qiymətlərlə 18 milyon 227,6 min manatlıq sənaye və 127 milyon 679,9 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Hesabat dövründə rayonda əsas kapitala 47 milyon 736,2 min manat investisiya yönəldilib. İnvestisiyanın 41 milyon 883,7 min manatı tikinti işlərinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.