İQTİSADİYYAT


Altı ayda dövlət büdcəsinin gəlirləri 9821,6 milyon manat, xərcləri 9524,3 milyon manat olub

Bakı, 14 iyul, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən bu ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 9821,6 milyon manat, xərcləri 9524,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, büdcənin icrasında 297,3 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,8 faizi qədər profisit yaranıb.

Qeyd edək ki, yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30,2 faiz artaraq 8245,4 milyon manata, xərcləri isə 12,9 faiz artaraq 7594,4 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 651,0 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,2 faizini təşkil edib.

Daxilolmaların 19,8 faizi əlavə dəyər vergisi, 12,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,0 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,8 faizi fiziki şəxslərin gəlir vergisi, 3,2 faizi aksizlər, 2,3 faizi sadələşdirilmiş vergi, 2,2 faizi vergilərin digər növləri, 49,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 28,5 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,9 faizi ümumi dövlət xidmətləri, 13,1 faizi sosial müdafiə və sosial təminat, 13,4 faizi təhsil və səhiyyə sahələrinin, 28,1 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.