İQTİSADİYYAT
Altı ayda elektrik enerjisi istehsalı artıb
Bakı, 10 iyul, AZƏRTAC
Energetika Nazirliyi bu ilin yanvar-iyun aylarında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 6 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 65,2 milyon kilovat/saat artaraq 12 milyard 950,2 milyon kilovat/saat olub.
Hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 27,8 milyon kilovat/saat artaraq 12 milyard 84 milyon kilovat/saat, su elektrik stansiyalarında (SES) 199,9 milyon kilovat/saat azalaraq 680,3 milyon kilovat/saat, digər mənbələr (külək, günəş elektrik stansiyaları və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) üzrə isə 0,4 milyon kilovat/saat azalaraq 185,9 milyon kilovat/saat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]