İQTİSADİYYAT


Altı ayda paytaxtda ictimai iaşə dövriyyəsi 5,2 faiz artıb

Bakı, 7 avqust, AZƏRTAC

Bu ilin 6 ayında paytaxtın ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,2 faiz artaraq 451,1 milyon manata çatıb. Dövriyyənin 99,5 faizi qeyri-dövlət sektorunun müəssisələri hesabına formalaşıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu sektorda iaşə dövriyyəsinin 49,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 50,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-iyun aylarına nisbətən müqayisədə 20,9 faiz artaraq 223,8 milyon manat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.