İQTİSADİYYAT


Altı ayda satılmış malların və göstərilmiş xidmətlərin dəyəri artıb

Bakı, 16 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,3 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 1,4 faiz artaraq 22,4 milyard manata bərabər olub, onun 48 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Bu ilin birinci yarısında bir istehlakçı orta hesabla ayda 387,7 manat və ya 2020-ci ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 20,2 manat çox vəsait xərcləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.