İQTİSADİYYAT
Altı ayda vergi daxilolmalarında ən yüksək artım rabitə sahəsində olub
Bakı, 6 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində vergi daxilolmalarının artımı müşahidə edilib.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, daxilolmalarda ən yüksək artım templəri rabitə sahəsində (48 faiz), bank və sığorta sektorunda (45 faiz), nəqliyyat sahəsində (23 faiz), xidmət sektorunda (21 faiz), tikinti sahəsində (7,7 faiz) və digər fəaliyyət sahələrində (19,8 faiz) qeydə alınıb.
Vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşması sahəsində görülən işlər nəticəsində iqtisadi fəaliyyət sahələrində real vergi potensialının aşkarlanması və bu əsasda büdcəyə vergi daxilolmalarının artırılması təmin edilməkdədir.