İQTİSADİYYAT
Altı ayda vergi orqanları tərəfindən 3500-dən çox vətəndaş qəbul edilib
Bakı, 10 iyul, AZƏRTAC
Bu ilin ilk yarısında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 3 min 513 vətəndaş qəbul olunub.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ildə respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, Vergilər naziri və onun müavinləri tərəfindən 6 rayonda vətəndaşların səyyar qəbulu keçirilib və həmin qəbullarda 42 rayondan olan vətəndaşlar iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]