SİYASƏT


Altı əsrlik mərdlik simvolu - Nəsimi

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamının icrası istiqamətində Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə mədəni-kütləvi tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Altı əsrlik mərdlik simvolu - Nəsimi” adlı növbəti tədbir keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, xüsusi təyinatlı təhsil müəssisələrinin kursant və müəllim heyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, ölkəmizin tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək bildirib ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur. Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. Əlli il əvvəl ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi qeyd olunub. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradılıb. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer alıb, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldılıb. Bu il isə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd olunur.

Təntənəli mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müdiri Xalq artisti Teyyub Aslanovun rəhbərliyi ilə universitetin müəllim və tələbələrinin ifasında Nəsiminin qəzəlləri əsasında hazırlanan “Cahan mənəm” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Sonda ekranda professor, Xalq rəssamı Arif Əzizin klassik sənət əsərlərindən ibarət sərgiyə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.