REGİONLAR


Altı rayonda kollektor-drenaj şəbəkəsi lildən təmizlənir VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Şoran torpaqların əkinəyararlı vəziyyətə gətirilməsi, yenidən fermerlərin ixtiyarına verilməsi istiqamətində meliorativ tədbirlər davam edir. Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarında işlər mövsümə uyğun olaraq aparılır. Görülən işlər Mil-Qarabağ Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi tərəfindən reallaşdırılır. Məqsəd kollektor sistemlərini lildən və duzdan təmizləmək, şoranlaşmanın qarşısını almaq və torpaqların münbitləşməsinə töhfə verməkdir. Hazırda idarənin buldozer, ekskovator və digər texnikaları ərazilərdə bu prosesi həyata keçirir.

AZƏRTAC xəbər verir ki, İdarənin balansında olan beş ədəd nasos stansiyasında, hidrotexniki qurğularda və kollektor-drenaj şəbəkələrində cari təmir işləri uğurla davam edir. Kollektorların mütəmadi olaraq təmizlənməsi torpaqların keyfiyyətinin aşağı düşməsinin qarşısını alır. Görülən işlər nəticəsində Mil-Qarabağ və Aşağı Şirvan kollektorlarının İstismarı İdarəsinin xidməti sahəsində olan rayonlarda, uzun illər əkin üçün istifadəyə yararsız torpaqlara taxıl, qarğıdalı, tərəvəz, bostan və digər bitkilər əkilib və bol məhsul əldə edilib.

Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ölkənin altı rayonuna - Yevlax, Bərdə, Ağcabədi, Kürdəmir, Zərdab və Ağsu rayonlarına xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.