DÜNYA


Altı saata yığılan ikimərtəbəli modul ev VİDEO

Bakı, 26 may, AZƏRTAC

İtalyan dizayner və memar Renato Vidal yaşayış yerini dəyişmək fürsəti yarandıqda prefabrik modul ev dizayn edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 3 nəfərin cəmi 6 saata yığa biləcəyi ikimərtəbəli modulu yığmaq üçün yük maşını kranı kifayət edir.

Layihə tələbələrdən tutmuş çoxuşaqlı ailəyə qədər il boyu yaşamaq üçün nəzərdə tutulub.

Modul evin maraqlı xüsusiyyəti onun yığılmış ölçüləridir. Belə ki, 6,5 metr uzunluqda və 1,5 metr hündürlükdə olan ev istənilən yük maşını ilə istənilən nöqtəyə çatdırıla bilər. Evin materialları təhlükəsiz, yanmaz və çox yüngüldür, bu da modulun özünün daşınmasını və quraşdırılmasını asanlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.