ELM VƏ TƏHSİL


Altı şəhər və rayonda magistraturaya qəbul imtahanı (ikinci cəhd) keçirilir

Bakı, 29 may, AZƏRTAC

Mayın 29-da Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanıb.

Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılır. İmtahan vermək üçün 14 min 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 min 796 nəfəri Azərbaycan bölməsi, 1047 nəfəri isə rus bölməsi üzrə imtahan verir.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahan vermək üçün 522 nəfər müraciət edib.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.