İDMAN


“Altibox Norway Chess 2018” superturnirində dörd nəfər liderlik edir

Bakı, 7 iyun, AZƏRTAC 

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2018” superturnirində liderlik edən 4 qrossmeyster – Maqnus Karlsen, Fabiano Karuana, Hikaru Nakamura və Uesli So eyni nəticə göstərir.

AZƏRTAC xəbər verir ki, bu qrossmeysterlərdən hər birinin aktivində 7 mümkün xaldan 4 xal var. Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun və daha 3 iştirakçının hərəsinin 3,5 xalı var. Lakin Məmmədyarov onlardan bir oyun çox keçirib.

Səkkizinci turda Amerika nümayəndəsi Hikaru Nakamura rusiyalı Sergey Karyakinə qalib gəlib, hindistanlı Vişvanatan Anand ABŞ təmsilçisi Fabiano Karuanaya uduzub, norveçli Maqnus Karlsen ilə Şəhriyar Məmmədyarovun, habelə amerikalı Uesli So ilə fransız Maksim Vaşye-Laqravın görüşləri sülhlə başa çatıb.

Sonuncu, doqquzuncu turda bu cütlüklər qarşılaşacaqlar: Fabiano Karuana – Uesli So, Levon Aronyan – Hikaru Nakamura, Maksim Vaşye-Laqrav – Maqnus Karlsen, Sergey Karyakin - Vişvanatan Anand. Bu turda Şəhriyar Məmmədyarov oynamayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.