İDMAN


“Altibox Norway Chess 2018” superturnirinin qalibi müəyyənləşib

Bakı, 8 iyun, AZƏRTAC

Dünya çempionu tituluna yeni iddiaçı Fabiano Karuana (ABŞ) Norveçin Stavanger şəhərində başa çatmış “Altibox Norway Chess 2018” superturnirinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, sonuncu turda Fabiano Karuana ağ fiqurlarla həmvətəni Uesli So üzərində qələbə qazanıb və 5 xalla öz rəqiblərini yarım addım geridə qoyub. Qeyd etmək lazımdır ki, turniri dünya çempionu Maqnus Karlsendən (Norveç) məğlubiyyətlə başlayan Karuana finişdə onu qabaqlaya bilib.

Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və doqquzuncu turda Sergey Karyakinə (Rusiya) qalib gələn Vişvanatan Anand (Hindistan) hərəyə 4,5 xal toplayıblar.

Sonuncu turda Maksim Vaşye-Laqrav (Fransa) və Maqnus Karlsen, Levon Aronyan (Ermənistan) və Hikaru Nakamura arasında matçlar heç-heçə nəticələnib. Həmin gün azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov oyundan azad idi. O, 3,5 xalla turniri yeddinci yerdə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.