İDMAN


“Altibox Norway Chess 2019”: Şəhriyar Məmmədyarov Dinq Liren ilə qarşılaşacaq

Bakı, 13 iyun, AZƏRTAC

Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess 2019” superturniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirin yeddinci turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov çinli Dinq Lirenə uduzub. Növbəti turda Ş.Məmmədyarov ABŞ şahmatçısı Uesli So ilə qarşılaşacaq. Hazırda təmsilçimizin 5, rəqibinin isə 7 xalı var.

Turnirə 11 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Ermənistanlı Levon Aronyan 9, Çin təmsilçiləri Yu Yanqyi 8,5, Din Liren 7,5, fransalı Maksim Vaşe-Laqrav, hindistanlı Vişvanatan Anand 6, amerikalı Fabiano Karuana 5,5, rusiyalı Aleksandr Qrişuk isə 3,5 xal toplayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.