DÜNYA


Altmış qadını öldürən “Anqarsk manyakına” ikinci ömürlük həbs cəzası verilib

Bakı, 10 dekabr, AZƏRTAC

İrkutsk vilayət məhkəməsi 60 qadının qətlində günahkar bilinən sabiq milis işçisi Mixail Popkovu ikinci ömürlük həbs cəzasına məhkum edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, kiçik leytenant rütbəsindən məhrum edilən Popkov cəzasını xüsusi rejimli koloniyada çəkəcək.

İrkutsk vilayəti prokurorluğunun baş dövlət ittihamçısı Aleksandr Şkinyov jurnalistlərə bildirib ki, psixoloji-psixiatriya ekspertizasının nəticələrinə əsasən, cinayətlərin motivləri qomisidomaniya, yəni qətl törətməyə patoloji meyl olub.

“Anqarsk manyakı” hökmdən şikayət etmək niyyətindədir. O, milis rütbəsindən və pensiyadan məhrum edilməsindən narazı qalıb.

Anqarsk şəhərində işləyən sabiq milis əməkdaşına birinci ömürlük həbs cəzası 2015-ci ilin yanvarında 22 qətllə bağlı verilmişdi. Bu məhkəmə hökmündən sonra, 2017-ci ilin martında isə o, daha 60 cinayəti etiraf etmişdi. Məhkəmə müəyyənləşdirib ki, Popkov axşam və ya gecə saatlarında küçədə rastlaşdığı qadınlara onları avtomobili ilə aparmağı, yaxud birlikdə vaxt keçirməyi təklif edirdi. Sonra isə maşını adamsız yerə sürür və öz sərnişinlərini amansızcasına qətlə yetirirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.