İQTİSADİYYAT


Alüminium və ondan hazırlanan məmulatların ixracında cüzi artım olub

Bakı, 21 sentyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkədən 40 min 709 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, 8 ayda ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 81 milyon 261 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən 90 milyon 710 min dollarlıq 39 min 464 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.