DÜNYA


Əlverişsiz hava şəraiti Ankarada ciddi fəsadlar törədib

Ankara, 15 avqust, AZƏRTAC

Avqustun 15-də günorta saatlarından sonra Türkiyənin paytaxtı Ankarada başlayan leysan yağışı və külək bir çox fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, güclü yağıntı səbəbindən Ankarada küçə və meydanları sel basıb. Tunellərə dolan yağış suyu nəqliyyatın hərəkətinə ciddi əngəllər yaradıb. Güclü külək nəhəng ağacları kökündən çıxararaq aşırıb. Yerindən qopan evlərin dam örtüyü ətrafa səpələnib.

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) və yerli hakimiyyət orqanlarının briqadaları təbii fəlakətin fəsadlarının aradan qaldırılması və köməksiz qalan insanlara yardım göstərmək istiqamətində fəaliyyət göstərirlər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.