DÜNYA
Əlverişsiz hava şəraiti Türkiyənin turizm bölgələrinə də öz təsirini göstərib VİDEO
İstanbul, 5 dekabr, AZƏRTAC
Türkiyədə artıq bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti ölkənin turizm bölgəsi olan Muğla vilayətinin Bodrum və Marmaris rayonlarında böyük fəsadlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, bölgədə yağan leysan yağışları səbəbindən vilayətin mərkəzi hissələri də daxil olmaqla bir çox ev, iş yerini və əkin ərazilərini su basıb. Yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb. Dağlıq bölgələrdə baş verən sürüşmə səbəbindən daş və qaya parçaları yollara tökülüb. Bəzi magistral yollar müvəqqəti bağlanıb.
Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]