DÜNYA


Əlverişsiz hava şəraiti səbəbindən İstanbulda gəmi batıb

İstanbul, 2 dekabr, AZƏRTAC

Türkiyə ərazisində, xüsusilə Mərmərə bölgəsində hökm sürən əlverişsiz hava şəraiti səbəbindən İstanbul sahillərində gəmi batıb.

AZƏRTAC xəbər verir ki, hadisə İstanbulun Maltəpə rayonunun sahilə yaxın ərazisində baş verib.

Yayılan məlumatlarda gecə saatlarında güclü küləyin təsiri nəticəsində sahilə çırpılan “Ayiş” adlı gəmiyə su dolduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.