ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu İmadəddin Nəsiminin 650 illik yubileyinə hazırlaşır

Bakı, 12 fevral, AZƏRTAC

İyun ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı və “Nəsimi ili” çərçivəsində reallaşacaq.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiq, təbliğ və tərcümə problemləri, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.