ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu “Qisseyi-Yusif” poemasının surətini əldə edib

Bakı, 9 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIII əsrdə yaşamış Azərbaycan şairi Əlinin “Qisseyi-Yusif” poemasının Moskva Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin nadir kitablar fondunda saxlanan əlyazmasının surətini əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, son vaxtlara qədər araşdırmadan kənarda qalan bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb.

Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəmməl olan bu əlyazma 5028 misradan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.