ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu Türkiyədə yaşamış Azərbaycan şairinin divanını əldə edib

Bakı, 4 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş Molla Əli Talibi 1913-cü ildə Türkiyəyə köçərək bu ölkənin müxtəlif yerlərində yaşayıb. O,1943-cü ildə vəfat edib.

M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub.

Talibinin kiçikhəcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.