ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu Türkiyənin Süleymaniyyə Kitabxanası ilə əməkdaşlıq edəcək

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Türkiyədə elmi ezamiyyətdə olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alimlər akademiyada həyata keçirilən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olublar.

Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara bu qurumun tarixi, burada görülən işlər barədə məlumat verib.

Sonra AMEA-nın Əlyazmalar İnstitutu ilə Süleymaniyyə Kitabxanası arasında türkdilli əlyazmaların elektron versiyalarının mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.