ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu beynəlxalq tədbirdə təmsil olunacaq

Bakı, 8 aprel, AZƏRTAC 

Aprelin 10-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 525 illik yubileyinə həsr edilən beynəlxalq tədbir keçiriləcək.

Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə Müqəddəs Kliment Ohridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Müqəddəs Kiril və Mefodi adına Bolqarıstan Milli Kitabxanası və “Avropa və sülh” Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Bolqarıstan Milli Kitabxanasında keçiriləcək tədbirdə Azərbaycan, Bolqarıstan, Türkiyə, Fransa və İraq alimlərinin Məhəmməd Füzulinin həyat və yaradıcılığı ilə bağlı məruzələri dinləniləcək, şairin şeirlərindən parçalar səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.