ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib
Bakı, 18 sentyabr, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, doktorantura və dissertanturaya qəbul dokumentalistika, sənədşünaslıq və arxivşünaslıq (tarix, filologiya), kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq, tərcümeyi-hallar, tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları, mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisasları üzrə aparılır.
Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənədlər oktyabrın 7-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-a kimi qəbul edilir.
Əlavə məlumatı institutun Təhsil şöbəsindən (+994 12) 4971968 əlaqə nömrəsi və [email protected] poçt ünvanından əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]