ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu fəaliyyətini distant şəkildə davam etdirir

Bakı, 6 aprel, AZƏRTAC 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətini müvəqqəti dayandırıb.

Məlum qərarla bağlı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyətini davam etdirir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, əlyazmaların tərcüməsi, transfoneliterasiyası üzərində çalışan alim və tədqiqatçılar araşdırmalarını davam etdirir, məqalələr yazır, çapa hazırlanacaq materialların redaktəsi üzərində çalışırlar. Alimlər, həmçinin “Web of Science” elmi bazasına daxil olan jurnallarda öz araşdırmalarını çap etdirmək üçün onları ingilis dilinə tərcümə edirlər. İnstitutun əməkdaşları onlayn kitabxanalardan fəal istifadə edirlər.

Həmçinin institutun direktoru, akademik Teymur Kərimli başda olmaqla rəhbər heyət və şöbə müdirləri arasında videokonfrans keçirilib.

Qeyd edək ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bir sıra sosial platformalarda, o cümlədən "Twitter"də (#ElyazmalarInstitutu heşteqi ilə) və "Facebook"da onlayn ünsiyyət yaradır.

Elmi müəssisənin fəaliyyəti ilə bağlı suallar

[email protected], [email protected] elektron poçt ünvanlarına göndərilə bilər. Eyni zamanda, AMEA institutun rəsmi internet səhifəsinə (www.manuscript.az) daxil olmaqla lazımi məlumatları əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.