ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu haqqında məlumat Almaniyada nəşr olunmuş kitaba daxil edilib
Bakı, 7 iyul, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində tədqiqatçı jurnalistlər Filin von Ofeln, Frank Şüttiq və Holqar Kretşmarın “Azərbaycan: Bakı, Qafqaz və Xəzər dənizi ilə” (Aserbaidschan: Mit Baku, Kaukasus und Kaspischem Meer) adlı kitabı “Trescher Verlag” nəşriyyatında işıq üzü görüb. Müəlliflər qədim və müasir Bakını alman oxucusuna daha yaxından tanıtmaq məqsədilə şəhərin bir çox tarixi abidələri, tanınmış binaları, muzey və elmi-tədqiqat müəssisələri, o cümlədən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu barədə ətraflı məlumat toplayaraq kitaba əlavə ediblər.
Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan məlumat verilib. Qeyd edilib ki, kitabda Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyası haqqında məlumatlar yer alıb.