ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutu ilk dəfə “Qəşəm xan və Gülüstan xanım” dastanını oxuculara təqdim edir

Bakı, 22 iyun, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin yeganə nüsxəsi üzərində araşdırma və dastanın mətni kitab halında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dastanın elmi-paleoqrafik, filoloji araşdırması və mətninin transfoneliterasiyası Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu tərəfindən aparılıb. Kitabın rəyçisi Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevadır. Həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı nəşrin redaktorlarıdır.

Kitabda XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsi folklor nümunəsi kimi tədqiq olunub. Dastanın paleoqrafik, ideya-məzmun və dil xüsusiyyətləri araşdırılıb, transfoneliterasiya edilmiş mətni olduğu kimi ilk dəfə oxuculara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.