ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutu vakant vəzifələr üçün müsabiqə keçirir
Bakı, 17 fevral, AZƏRTAC
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki vakant yerlər Türkdilli əlyazmaların tədqiqi şöbəsinə elmi işçi (2 yer), Farsdilli əlyazmaların tədqiqi şöbəsinə böyük elmi işçi, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinə böyük elmi işçi, kiçik elmi işçi, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinə böyük elmi işçi, elmi işçi, Əlyazmaların bərpası və gigiyenası laboratoriyasına kiçik elmi işçi, Elmi fondlar şöbəsinə elmi işçi, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinə böyük elmi işçi, Əlyazmaların elektron resurslar şöbəsinə kiçik elmi işçi, beynəlxalq əlaqələr şöbəsinə elmi işçi, Çap kitablarının tədqiqi şöbəsinə elmi işçi, Kitabşünaslıq və biblioqrafiya şöbəsinə kiçik elmi işçi vəzifələridir.
Müsabiqədə uyğun ixtisaslar üzrə ali təhsili olan və mühüm elmi tədqiqatlar aparan, müvafiq elm sahələri üzrə elmlər doktoru alimlik dərəcəsi olan və elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan, sahə üzrə iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində bu ünvana təqdim edilməlidir: Bakı şəhəri, İstiqlaliyyət küçəsi 26, II mərtəbə, 30-cu otaq. Kadrlar şöbəsi. Əlaqə telefonu (+99412) 505 68 93.