ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda Anım Gününə həsr olunan tədbir: Vətən məğrur, mən məğrur

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Vətən məğrur, mən məğrur” devizi altında hərbi-vətənpərvərlik ruhunda tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli açaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-nin ölkədə Anım Günü kimi təsis edildiyini xatırladıb.

Tədbirdə çıxış edən Birinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Hacı Məmmədov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan baş leytenant Bədəl Hüseynov 44 günlük müharibədə ordumuzun qəhrəmanlığından söz açıblar.

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov, dosent Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva çıxış edərək mənfur düşmən üzərində əldə olunan şanlı Qələbənin müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, ordu və xalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.

Sonda tədbir iştirakçıları Vətən müharibəsində xalqımızın zəfərini əks etdirən kitab sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.