ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120 illik yubileyi, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində ilk dəfə olaraq böyük dramaturqun Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.