ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyi keçiriləcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif: sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən təşkil olunan tədbirdə şairin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açılacaq, həyat və yaradıcılığı, zəngin irsi barədə məruzələr dinləniləcək.