ELM VƏ TƏHSİL
Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını davam etdirirlər
Bakı, 21 may, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri elmi tədqiqatlarını davam etdirirlər. Onlar tədqiqat işlərinin nəticələrini ictimailəşdirmək məqsədilə elmi məqalələr də hazırlayırlar.
AZƏRTAC xəbər verir ki, belə yazılardan biri Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimovanın “Saib Təbrizinin Nabi yaradıcılığına təsiri” məqaləsidir.
Müəllifin fikrincə, Saib Təbrizinin türk ədəbiyyatına təsirindən bəhs edərkən onun “Divan”ına yazılmış şərhləri xüsusi vurğulamaq lazımdır. Osmanlı şairlərindən Yusif Nabinin xüsusilə farsca şeirlərinin toplandığı kiçik divanında bu təsir özünü büruzə verir. Şairin bu divanında Saibin üç qəzəlinə yazmış olduğu təxmis də yer alıb. Hər iki şairi könül bağları ilə bir-birinə bağlayan eyni dünyagörüşünə sahib olmaları, şeirə, poeziyaya eyni prizmadan yanaşmalarıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]