ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

Bakı, 10 may, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı, Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Sevinc Dadaşova Azərbaycanla Ukrayna arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Xalqlar və mədəniyyətlər arasında sivilizasiya körpüləri” mövzusunda təşkil olunan XXV beynəlxalq elmi konfransda iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ukraynada onlayn formatda təşkil olunan tədbirdə Sevinc Dadaşova “Azərbaycanda Stalin repressiyası və Hüseyn Cavid” mövzusunda məruzə ilə çıxış edib. O, repressiya zamanı Azərbaycandakı vəziyyətdən, 1937-1938-ci illərdə repressiya qurbanı olmuş elm xadimlərindən, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad kimi ziyalıların həbs zamanı acınacaqlı və işgəncə dolu həyatından bəhs edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda Sevinc Dadaşova sertifikata layiq görülüb.

Qeyd edək ki, elmi konfrans “ELGER” Elm-Tədris Mərkəzi, M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti (Kiyev, Ukrayna) və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.