ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim olunub

Bakı, 17 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları – elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, şöbə müdiri Firəngiz Hüseynova və böyük laborant Hikmət Rzazadə “Clarivate Analytics” şirkətinin təşkil etdiyi “Müasir beynəlxalq elmi jurnal: nəzəriyyə və praktika” mövzusunda seminarda iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar Azərbaycanda nəşr olunan elmi jurnalların beynəlxalq səviyyəyə qaldırılması və beynəlxalq elmi bazalarda indeksləşməsi istiqamətində “Clarivate Analytics”in Moskva ofisi ilə əməkdaşlığın möhkəmləndirilməsi mövzusunda olub.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun əməkdaşlarına sertifikatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.