ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun nəşrləri beynəlxalq ictimaiyyətə təqdim olunur

Bakı, 2 iyun, AZƏRTAC

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup əməkdaşının son illərdə nəşr olunmuş kitabları haqqında məlumat “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platformasına daxil edilib. Bununla da, institutun Çap kitablarının tədqiqi şöbəsi tərəfindən 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulan təqdimat prosesinin I mərhələsinə yekun vurulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu mərhələdə 23 alim-mütəxəssisin 86 kitabı barədə informasiya beynəlxalq ictimaiyyətə təqdim olunub. Cari ilin sonunadək həyata keçiriləcək II mərhələdə elmi müəssisənin digər əməkdaşlarının da nəşrləri beynəlxalq reyestrə daxil ediləcək. III mərhələdə institutun daha əvvəlki illərdə nəşr etdirdiyi 800-ə yaxın əsər “Yaxşı mütaliə” vasitəsilə təbliğ ediləcək. IV mərhələnin isə davamlı olması nəzərdə tutulur. Həmin mərhələdə elmi müəssisənin yeni nəşrləri mütəmadi şəkildə beynəlxalq reyestrə daxil ediləcək.

Qeyd edək ki, “Yaxşı mütaliə” beynəlxalq kitab təqdimatı və təhlili platforması ABŞ Konqres kitabxanası ilə “Amazon” şirkətinin birgə yaratdığı sosial kataloqlaşdırma sistemidir. 2006-cı ildə yaradılmış platformanın hazırda 90 milyon istifadəçisi var. Burada dünyanın müxtəlif yerlərindən yüz minlərlə müəllifin 2,6 milyon kitabı əks olunub. İndiyədək həmin kitablar haqqında oxucuların 100 milyona yaxın rəyi platformada dərc edilib. “Yaxşı mütaliə” platformasından Bill Qeyts, Stiven Kinq, Marqaret Etvud, Den Braun kimi tanınmış şəxslər də istifadə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.