ELM VƏ TƏHSİL


Əlyazmalar İnstitutunun yeni nəşri: Ağlaya-ağlaya gülən şairlər 

Bakı, 16 noyabr, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Ağlaya-ağlaya gülən şairlər” kitabı çapdan çıxıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, elmi müəssisənin Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun tərtibçiliyi ilə çap olunan kitab görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanovun (1910-1991) 110 illiyinə ithaf olunub.

Qeyd edək ki, M.Sultanov bu toplunun həm təşəbbüskarı, eyni zamanda redaktoru olub. Kitabda yer alan mətnlərin transfoneliterasiyası Əkrəm Bağırov, Mahirə Quliyeva, Arif Ramazanov, Fərrux Fərmanov və Nazim Rizvana aiddir. Nəşrə sovet dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin (Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai, Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz) əsərlərindən nümunələr daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.