ELM VƏ TƏHSİL


“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində

Bakı, 23 fevral, AZƏRTAC

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarına əsasən çap edilən “Əlyazmalar yanmır” beynəlxalq elmi jurnalının ingilis dilində növbəti sayı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalın yeni nömrəsində “Qurbani” dastanının son dövrlərdə kəşf olunmuş İstanbul nəşri haqqında”, “Mirzə Kazımbəyin mətn fəaliyyəti”, “Nizamini fars mənşəli şair kimi təqdim edənlərə cavab” sərlövhəli məqalələr yer alıb. Bundan əlavə, Azərbaycanda qədim əlyazmaların qorunma və istifadə vəziyyəti, həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Fransa arasında beynəlxalq elmi-mədəni münasibətlər haqqında məqalələrdə müvafiq istiqamətdə həyata keçirilən tədbirlərlə tanış olmaq mümkündür.

Yeni nəşrə daxil edilən “Çar Rusiyası dövründə Bakıda ədəbi mühit”, “Nəbi yaradıcılığında Saib Təbrizinin rolu”, “Müasir poeziya dilində leksik vahidlərin üslubi funksionallığı (Söhrab Tahirin şeirləri əsasında)”, “Vatikan kitabxanalarında qorunan Azərbaycan əlyazmaları professor Fərid Ələkbərlinin tədqiqatlarında”, “Əcdad mədəniyyəti ilə əlaqəli nağıllarda alma obrazının semantikası” sərlövhəli yazılar da oxucuların marağına səbəb olacaq.

Jurnalın baş redaktoru Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.