ELM VƏ TƏHSİL


Əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyəti vacibdir

Bakı, 5 iyul, AZƏRTAC

Türkiyənin Konya şəhərindəki Əlyazma Əsərlər Bölgə Müdirliyinin rəhbəri, professor Bəkir Şahin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, qonaq ilə bu elm müəssisəsi direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov arasında keçirilən görüşdə əlyazmaların tədqiqi sahəsində Azərbaycan və Türkiyə mütəxəssislərinin birgə fəaliyyətinin vacibliyi vurğulanıb. Həmçinin gələcəkdə birgə görülə biləcək işlər, həyata keçiriləcək tədbirləri barədə müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.