SİYASƏT


“AmCham” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

“AmCham” Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərində davam edən hadisələrdən öz narahatlığını bildirir.

Palatadan AZƏRTAC-a bildirilib ki, “AmCham” Azərbaycana qarşı edilən bütün hücumları, xüsusilə də son olaraq Ermənistan ərazisindən dinc əhalinin və strateji infrastruktur obyektlərinin genişmiqyaslı atəşə tutulmasını kəskin şəkildə pisləyir. Azərbaycanda Amerika Ticarət Palatası birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının bütün işğalçı qüvvələrin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırır.

Ötən həftə ərzində son 30 ildə ilk dəfə işğal altında olan bir neçə ərazinin erməni işğalından azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıdacağına, bölgədə davamlı sülh və sabitliyin bərqərar olunacağına ümid verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.