DÜNYA


“Amal” kosmik zondu Marsın ilk fotoşəklini Yerə göndərib

Qahirə, 14 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 3 gün əvvəl Marsın orbitinə daxil olan “Amal” kosmik zondu qırmızı planetin səthinin ilk fotoşəklini Yerə göndərib.

AZƏRTAC xəbər verir ki, fotoşəkli sosial şəbəkədə paylaşan Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ərəb dünyasının ilk kosmik zondunun Marsın səthindən 25 min kilometr aralıda olduğunu yazıb. O əlavə edib ki, BƏƏ İslam aləmində qırmızı planetə kosmik missiya göndərən birinci, dünyada isə beşinci ölkədir.

“Amal” kosmik zondu Qırmızı planetin iqlimini və atmosferini tədqiq edəcək ən müasir cihazlarla təchiz edilib. Ozon qatı, buzluqlar, oksigen və hidrogenin səviyyəsini ölçmək üçün də xüsusi ultrabənövşəyi spektrometrlər quraşdırılıb. Bu zond ilk dəfə olaraq 687 gün davam edən Mars ili ərzində qırmızı planetin atmosferində baş verən dəyişikliklərin təsvirini Yerə göndərəcək.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.