CƏMİYYƏT
Amaliya Bağırova: Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür
Bakı, 8 dekabr, AZƏRTAC
Formula-1 Qran-Prisində könüllü kimi fəaliyyət göstərirəm. Hesab edirəm ki, Azərbaycan könüllülərinin həmrəylik festivalı gənclərin bu fəaliyyətə cəlb olunmasına mühüm töhfə verəcək.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Azərbaycan könüllülərinin həmrəylik festivalında iştirak edən könüllü Amaliya Bağırova deyib.
Festival çərçivəsində təşkil olunan yarmarkada gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün vacib məlumatların verildiyini diqqətə çatdıran A.Bağırova fikirlərini belə ümumiləşdirib: “Formula 1 könüllüsü kimi fəaliyyət göstərməkdən çox məmnunam. Yarmarkada Formula 1 Azərbaycan Qran-Prisinin könüllülük fəaliyyəti ilə bağlı da ətraflı məlumat verilir. Bütün gəncləri fəal şəkildə könüllülük hərəkatına qoşulmağa çağırıram. Gənclərin uğur qazanmasında könüllülük fəaliyyətinin rolu böyükdür.