SİYASƏT


Amanda Pol: Azərbaycan alternativ və yaşıl enerjiyə keçid sahəsində Aİ-nin mühüm tərəfdaşıdır VİDEO

Amanda Pol: Azərbaycan alternativ və yaşıl enerjiyə keçid sahəsində Aİ-nin mühüm tərəfdaşıdır VİDEO

Brüssel, 20 dekabr, AZƏRTAC

Avropa İttifaqının ən nüfuzlu beyin mərkəzlərindən biri sayılan Avropa Siyasəti Mərkəzinin böyük siyasi analitiki Amanda Pol dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanması faktını yüksək qiymətləndirib.

Amanda Pol AZƏRTAC-a müsahibəsində deyib: “Rusiyanın Ukraynaya müdaxilə etməsi və enerjinin veponizasiyası (yəni “silaha” çevrilməsi) siyasəti iki faktı üzə çıxarıb: Rusiya qazından asılılıq Avropa İttifaqını çox zəiflədir və Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi üçün enerji tədarükünün şaxələndirilməsi zəruridir. Eyni zamanda, qazıntı şəklində mənbələrə əsaslanan energetikadan alternativ və yaşıl mənbələrə keçid əvvəllər görünməmiş dərəcədə aktualdır. Bərpa olunan enerji mənbələri günəş, su, külək, termal istilik və bioloji enerji mənbələridir. Avropa İttifaqı indiki böhrandan bərpa olunan enerji mənbələrinə keçidin ləngidilməsi üçün bəhanə kimi istifadə etməməli, əksinə, bu keçidi sürətləndirməlidir. Bu prosesdə Avropa İttifaqının tərəfdaşları mühüm rol oynayır. Onlardan biri də Avropanın çox mühüm energetik tərəfdaşı Azərbaycandır. Yaşıl texnologiya əsasında – quruda külək elektrik generatorlarından istifadə edilməsi yolu ilə alınan elektrik enerjisinin Avropaya ixrac edilməsi üçün sualtı kabel çəkilməsi barədə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan liderləri tərəfindən bu yaxınlarda imzalanmış saziş bu siyasətin yaxşı nümunəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.