İQTİSADİYYAT


Əmanət portfelinin 55,3 faizi müddətli əmanətlərdən ibarətdir

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 1-nə bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0,3 faiz (26,5 milyon manat) artaraq 10 milyard 632 milyon manat təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, əmanət portfelinin 55,3 faizi (5 milyard 888 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 402 milyon manat olmaqla (ay ərzində artım 4,8 faiz və ya 799,2 milyon manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19 milyard 805,2 milyon manat) 87,9 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.